Home » Beynəlxalq, Ümumi » 3 ildə 100 mindən artıq məmurun ixtisarı planlaşdırılır

3 ildə 100 mindən artıq məmurun ixtisarı planlaşdırılır

Yaxın 3 ildə Rusiyada 100 mindən artıq federal dövlət məmurunun ixtisarı planlaşdırılır.

Bu hazırki məmurların təxminən 20 faizıdır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, hökumət ixtisarlarla təxminən 1.5 milyard dollar qənaət etmək istəyir. Hazırda Rusiyada federal təyinatlı yarım milyondan artıq məmur var. İndi yaxın 3 ildə hökumət onların hər 5 nəfərindən birini ixtisar etmək istəyir. Bildirilir ki, bu həm qənaətdir, həm də qalan məmurların işinin səmərəliliyini artıracaq. Beləki, daha rasional səlahiyyət bölgüsü olacaq, məmurların isə məvacibləri artırılacaq.
Bu arada hətta işin təşəbbüskarları qeyd edirlər ki, məmurları nə qədər ixtisar edirsən onların sayı artır ki artır. Prezident Dmitri Medvedev: “Bizim məqsədimiz sadəcə dövlət məmurlarının 20 faizini ixtisar etmək deyil. Düzdür, arabir ixtisarlar lazımdır, nə qədər ixtisar etsək də yarım il keçir yenə elə həmin say bərpa olunur. Ən azı sayın həddindən artıq artmasının qarşısını almaq üçün ixtisarlar lazımdır. Ancaq başlıcası məmur və onların çalışdıqları idarələrin işinin səmərəliliyini artırmaqdır”, deyir prezident Medvedev. Məmurların sayıyla mübarizə son illər ən populyar mövzulardandır. Ekspertlərə görə, cəmiyyətdə məmurlara çox zaman münasibət heçdə birmənalı deyil və siyasi rəhbərlik bəzən bu məqamı özünəməxsus populizm kimi istifadə edir. Yəni, baxın, biz məmurların sayını azaldırıq. Ancaq reallıqda məmurların sayı azalmır artır. Sosioloq Vladimir Rimskiy bu artımın mexanizmini belə açır:
“Bizdə idarəetmənin hər bir səviyyəsində iyerarxiya qurulur. Bu iyerarxiyada hansısa yeni funksiyanı yerinə yetirmək üçün xüsusi idarə, bölmə yaradılır. Problem də odur ki, bu funksiyaya hansı ştatın tələb olunması, ümumən bu funksiyanın nə qədər lazım olması haqda qərar çox qeyri-şəffaf qəbul olunur. Bu işlə bağlı geniş ictimai müzakirələr olmalıdır. Axı, bəzi funksiyaları özəl biznes yerinə yetirə bilər, bəzi funksiyaları isə müasir dünyada dövlət ümumən öz üzərinə götürməməlidir”, deyir ekspert.
Bu baxımdan bir çox müşahidəçilərə görə, hazırkı ixtisarlar da sonda ştatların yenidən şişməsiylə bitəcək. Düzdür, məsələn, politoloq Pavel Salinə görə, məmurların sayının real azaldılması şansları var: “İslahata biznes mexanizmini cəlb etmək lazımdır. Beləki, məmurlara özləriylə mübarizə aparmaq sərfəli olmalıdır. İqtisadi mexanizmlər olmalıdır. Məmur bilməlidir ki, daha az say onun məvacibini xeyli artıracaq”, deyir Pavel Salin.
Hələlik isə, müşahidəçilərə görə, federal məmurların sayı ola bilsin azaldı, ancaq ölkədə xeyli sayda regional, bələdiyyə məmurları var və onların sayı son illər daha surətlə artır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*