Home » Ümumi » 2015-ci ildən Aya turist səfərləri başlayacaq


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

2015-ci ildən Aya turist səfərləri başlayacaq

AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, Aya ilk turist səyahəti 2015-ci ildə nəzərdə tutulub. Səyahətin operatoru Space Adventures beynəlxalq şirkətidir. Bu şirkət Beynəlxalq Kosmik Stansiyaya (BKS) yeddi adam göndərib. Onlardan biri – Çarlz Simoni iki dəfə uçmuşdur. Birinci səyyah 2001-ci ildə amerikalı Dennis Tito olub. Onun ardınca CAR-dan olan biznesmen Mark Şattlvort uçub. Sonrakı turistlər yenə də amerikalılar olub.

BKS-ya uçan sonuncu kosmik turist kanadalı Gi Lalibertedir (2009-cu il). Aya səyahətin turoperatoru “Soyuz” gəmilərini hazırlayan “Energiya” Raket-Kosmik Korporasiyasıdır. Moskva vilayətində yerləşən bu korporasiya iki variantda Aya tur təklif edir.
Birinci variant Ay orbitinə uçub, dövrə vurduqdan sonra Yerə qayıtmağı nəzərdə tutur. Səyahət müddəti 9 gündür. İkinci variant isə bir müddət BKS-də yaşamağı, sonra Aya uçmağı nəzərdə tutur. Bu macəra isə üç həftə çəkir. Naməlum alıcının hansı variantı seçdiyi barədə məlumat verilmir. Əvəzində yollayışın qiyməti açıqlanmışdır – 150 milyon dollar.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*