Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » 2014-cü ilin “Oskar”ları paylanıldı

2014-cü ilin “Oskar”ları paylanıldı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Oskar_mukafati

Amerika Kino Sənəti Akademiyasının təsis etdiyi, bu il 86-cısı keçirilən mərasimdə 24 nominasiyada “Oskar” qaliblərinin adları açıqlanıb. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Ən yaxşı film” nominasiyasında kino sahəsinin ən mötəbər mükafatına rejissor Stiv Makkuinin çəkdiyi tarixi dram janrında olan “12 il köləlik” filmi qazanıb. Bu film həyatda baş verən tarixi hadisələr üzərində çəkilib. Qaradərili kişinin qul kimi satılması kadrları və onun gələcək yaşamı “Oskar”dan əvvəldə bir neçə mükafatlara laiq görüüb. Çəkiliş üçün 2 milyon pul xərclənsə də, mart ayının ikisinə qədər film bütün dünyadan 140,1 milyon miqdarında gəlir əldə edib.

Bu nominasiya uğrunda bir neçə filmlər gecədə iştirak ediblər, “Uoll-stritdən canavar”, “Filomena”, “Nebraska”, “O”, Qravitatsiya”, “Alıcıların Dallas klubu”, “Kapitan Fillips”, “Amerikan sayağı Afera”-nın adlarını sadalamaq olar.

İtalyan rejissor Paolo Sorrentinonun “Böyük gözəllik” filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında qalib gəlib.
“Cazibə qüvvəsi” kosmik dramının xüsusi effektlərini hazırlanmış komanda “ən yaxşı xüsusi effektlər” nominasiyasının qalib olub.
Kinorejissor Morqan Nevillin “Ulduz olmağa 20 fut qalmış” sənədli filmi “Ən yaxşı sənədli film” nominasiyasında bütün rəqibləri üstələyib.

Danimarkalı Anders Valterin “Helium” filmi “Ən yaxşı qısametrajlı bədii film” adına layiq bilinib. Dünya kinematoqrafına verdiyi töhfələrə görə fəxri “Oskar”lar aktrisa Encela Lendsberi, aktyor Stiv Marin və kostyumçu Pyero Toziyə verilib. Cin Herşolt adına humanitar mükafat isə Ancelina Coliyə təqdim olunub.

Mərasimin aparıcısı Ellen DeCeneris “Arxa planda ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”ın aktyor Cared Letoya çatdığını bildirib. Aktyora mükafatı aktrisa Enn Hetvey təqdim edib. “Arxa planda ən yaxşı qadın rolu” nominasiyasının qalibi “12 il köləlik” filmindəki rolu ilə aktrisa Lupita Nionqo olub.

“Böyük Qetsbi” filmi “Ən yaxşı kostyum dizaynı”, “Dallas alıcılar klubu” “Ən yaxşı qrim” nominasiyasında qalib gəlib.

“Disney” studiyasının çəkdiyi “Frozen” (“Soyuq ürək”) cizgi filmi isə “Ən yaxşı animasiya filmi” nominasiyasında mükafatlandırlıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*