Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » 2014-cü il üzrə Azərbaycanda turizmə dair əsas statistik göstəricilər

2014-cü il üzrə Azərbaycanda turizmə dair əsas statistik göstəricilər

AgahMedia.Com informasiya portalının Mədəniyyət Və Turizm Nazirliyindən aldığı məlumata görə,2014-cü ildə Azərbaycanda fəaliyyət göstərən turizm müəssisələrinin sayı 10,5% artaraq 276 olmuşdur.
Bununla yanaşı, keçən il ilə müqayisədə cari il ərzində turizm şirkətlərində işçilərin sayında, məhsulun və xidmətlərin satışından əldə olunan gəlir və turizm agentliklərinin komisyon və digər mükafatlarının məbləğində artım baş vermişdir. Əvvəlki illərdə olduğu kimi, Bakıda fəaliyyət göstərən turizm şirkətlərinin sayı ölkədəki turizm şirkətlərinin böyük əksəriyyətini (95%) təşkil etmişdir.
2011-2014-cü illər ərzində ölkə ərazisindəki yerləşdirmə obyektlərinin sayı 508-dən 527-yə kimi artmışdır.

2011-ci ildən etibarən yerləşdirmə obyektlərindəki yerlərin, nömrələrin, yerləşdirilmiş şəxslərin və işçilərin sayında, həmçinin müəssisələrin əldə etdiyi gəlirdə artım baş vermişdir. Müqayisə üçün qeyd edirik ki, mövcud statistik göstəricilər cari il ərzində yerləşdirmə obyektlərindəki yerlərin sayında 6%, otaqların sayında 7%, yerləşdirmə vasitələrində çalışanların sayında isə 5,8% artımın olduğunu göstərir.

Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslər və gecələmələrin sayına gəldikdə, istər gecələmələrin istərsə də yerləşdirilmiş şəxslərin sayında artım olmuşdur. Məlumat üçün bildiririk ki, Respublika üzrə yerləşdirilmiş şəxslərin 80%-i turizm məqsədilə gələnlərin payına düşmüşdür.
Bununla yanaşı qeyd edək ki, 2008-2014-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən mehmanxana və bu tipli obyektlərdə qalmağa üstünlük verən xarici vətəndaşlar arasında Birləşmiş Krallıq, Türkiyə, Rusiya Federasiyası və İranın vətəndaşları üstünlük təşkil etmişdir. Təsadüfi deyil ki, bu illər ərzində sözügedən ölkələrdən Azərbaycana gələn xarici vətəndaşlar arasında işgüzar turistlərin özünəməxsus çəkisi vardır. 2014-cü təqvim ilini nümunə üçün götürsək, təkcə bu 4 ölkədən Azərbaycana işgüzar məqsədli səfər edənlərin sayının, işgüzar turistlərin ümumi sayının 25%-ni təşkil etdiyini görərik.

Turizm sahəsində çalışan işçilərin sayını 2 kateqoriya üzrə qiymətləndirsək, hər bir kateqoriya üzrə artımın olduğunu müşahidə edə bilərik. Belə ki, Turizm sahəsində çalışanların sayı (turizm şirkətləri və yerləşdirmə vasitələri üzrə) 2009-2014-c illər ərzində 7330-dan 9874-yə çatmışdır. Qeyd edək ki, sözügedən illər ərzində digər xidmət sahələri (turizm sahəsinə xarakterik 14 sahə üzrə) də daxil olmaqla turizm sahəsində çalışanların sayı 36 103-dən 40 010-a çatmışdır. Bununla yanaşı, turizm sahəsində çalışan işçilərin sayının keçən illə müqayisədə 3,0% artığını qeyd etmək yerinə düşər.

Xarici ölkələrdən ölkəmizi ziyarət edən xarici vətəndaşların böyük əksəriyyətini əvvəlki illərdə olduğu kimi, Rusiya (36,3%), Gürcüstan (31,4%) və Türkiyə (13,6%) vətəndaşları təşkil etmişdir. Keçən illə müqayisədə Fransa, İspaniya, İtaliya, Norveç, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Almaniya, Belçika və bir sıra digər Avropa və dünya ölkələrindən gələnlərin sayında artım müşahidə edilmişdir.
Buna baxmayaraq, ölkəmizə gələn xarici vətəndaşların və turistlərin böyük hissəsinin payına düşdüyü Rusiya Federasiyası, Ukrayna və İran vətəndaşlarının sayında məlum səbəblərə görə (Rusiyada rublun məzənnəsinin düşməsi və iqtisadi böhran, Ukraynada müşahidə edilən qeyri-stabil siyasi vəziyyət və İranda sosyal-iqtisadi vəziyyətin gərgin olması) nisbi azalmanın olması faktına əsaslanaraq 2014-cü il ərzində Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında azalmanın müşahidə ediləcəyini güman etmək olar. Buna baxmayaraq, 2015-ci ildə ölkəyə gələn turistlərin sayında artımın olacağı proqnozlaşdırıla bilər. Buna əsas səbəb olaraq, tarixdə ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsini göstərmək olar. Belə ki, ölkəmizdə keçiriləcək bu beynəlxalq tədbir bütün dünyanın və xüsusilə Avropa ölkələrinin diqqətinin Azərbaycana yönəlməsində mühüm rol oynayacaqdır.

Dünya Səyahət və Turizm Şurasının (WTTC) qiymətləndirməsinə görə, cari il ərzində ÜDM-də turizmin birbaşa çəkisi 1.3 mlrd. AZN, ümumi çəkisi isə 4.9 mlrd. AZN olmuşdur ki, bu da öz növbəsində göstəricilərin müvafiq olaraq 2,4% və 8,8% təşkil etməsi deməkdir. Sözügedən qurumun məlumatlarına əsasən,ölkədaxili turizm xərcləri 21% artaraq 1.7 mlrd. manat, turizm sahəsinə qoyulan kapital sərmayesi isə 20% artaraq 360 mln. manat təşkil etmişdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*