Home » Sosial, Təhsil sektoru, Ümumi » 2012/2013-cü tədris ili üçün magistraturaya qəbul qaydaları məlum oldu

2012/2013-cü tədris ili üçün magistraturaya qəbul qaydaları məlum oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası «Magistr» xüsusi buraxılışının 1-ci sayında 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarını dərc edib. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, buraxılışda magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri, açıq test tapşırığı nümunələri, xarici dillər üzrə qəbul imtahanı proqramları, informatika üzrə qəbul imtahanı proqramı yer alıb. Magistratura ixtisaslaşmaları üzrə qəbul proqramları və ixtisaslaşma seçimi cədvəlləri jurnalın növbəti sayında dərc olunacaq. Qeyd edək ki, magistraturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.
Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*