Home » Ədəbiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə İli” elan edilib

2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə İli” elan edilib

AgahMedia.Com informasiya portalının AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi həmin qurum tərəfindən müsbət dəyərləndirilmiş və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə İli” elan edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən bildirilib ki, hazırda “M.F.Axundzadə İli”nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır.
Bu ilin yanvar ayı ərzində TÜRKSOY-un Ankara şəhərində yerləşən qərargahında “M.F.Axundzadə İli”nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*