Home » Şou biznes və Mədəniyyət, Ümumi » 2011-ci ilin ən perspektivli musiqiçilərinin adları açıqlandı

2011-ci ilin ən perspektivli musiqiçilərinin adları açıqlandı

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, BBC Teleradio Yayımlar Korporasiyası ənənəvi olaraq, 2011-ci ilin ən çox ümidverici musiqiçilərin siyahısını tərtib edib. “Sound of 2011” adlı bu çoxsaylı siyahıya 15 yeni ad əlavə edilib.

Ən istedadlı yeni musiqiçinin adı isə yanvar ayında məlum olacaq.
BBC-nin yeni siyahısına müğənni Anna Kalvi, elektron misiqiçi Ceyms Bleyk, Yeni Zelandiyanın “The Naked & Famous” kvinteti, MC Wretch 32 və Esben and the Witch, Warpaint, Yuck və digər kollektivlər daxildir.
AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Top-15”-liyin siyahısı musiqi tənqidçiləri, nüfuzlu bloqerlər, dijeylər, prodüserlər, mətbuat və internet KİV-lərin redaktorları, televiziya aparıcıları və digər mütəxəssislər arasında aparılan sorğu əsasında tərtib olunub.
Onların hər biri 2011-ci ildə özlərini təsdiq etmiş üç artistin adını çəkiblər. Sonradan ekspertlər cavabları ümumiləşdirərək, alınan nəticəyə görə Top-15-liyi formalaşdırıblar.
“Sound of 2011″adlı siyahıya bu ilin noyabr ayının 14-nə qədər Britaniya çartlarına düşə bilməyən, populyar olmaq üçün pərəstişkarları az olan və fəaliyyətə yeni başlayan artistlər təqdim olunub.
AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, 2010-cu ildə ən çox ümidverici musiqiçi Elli Quldinq sayılıb . O, karyerasına 2009-cu ilin payızında başlayıb. 2010-cu ilin fevralında isə “Lights” adlı debüt albomunu buraxıb.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*