Home » Sosial, Təhsil sektoru, Ümumi » 13 May 2018-ci il tarixində keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri…

13 May 2018-ci il tarixində keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri…

AgahMedia.Com informasiya portalının məlumata görə, Dövlət İmtahan Mərkəzi mayın 13-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini  elan edib.

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün 13 May 2018-ci il tarixində keçirilmiş test imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri ilə bu linkdə tanış ola bilərsiniz. >>> http://eservices.dim.gov.az/netbak/

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

“İmtahanda iştirak etmək üçün sənəd vermiş 36559 abituriyentdən 630 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.”

Qeyd: Əgər, “Facebook” istifadəçisisinizsə, AgahMedia.Com informasiya portalının rəsmi “Facebook”səhifəsini bəyənməklə (Like etməklə) paylaşımlarımızı “Facebook”da da izləyə bilərsiniz…

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*