Home » Maraqlı, Ümumi » 11 il əvvəl səsini itirmiş Amerikalı qadın yenidən danışdı
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

11 il əvvəl səsini itirmiş Amerikalı qadın yenidən danışdı

11 il əvvəl səsini itirmiş Amerikalı qadın nadir səs telləri transplantasiyası əməliyyatından sonra danışa bilib.

 AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Kaliforniyada aparılmış 18 saatlıq əməliyyatdan sonra 52 yaşlı qadının zədələnmiş səs telləri dəyişdirilib. Bu tibb tarixində ikinci belə əməliyyatdır. Sabahınız xeyir, Brenda Yensenin 12 ildə dediyi ilk sözlər idi. Bu, tarixdə səs tellərinin köçürülməsi üzrə ikinci əməliyyat idi. Əslində bunu birinci də saymaq olar. Beləki, Brendaya donorun səs telləri, qalxanvari vəzi və nəfəs borusu köçürülüb.Əməliyyat az qala bir sutka davam edib. Əvvəli cərrahiyyə əməliyyatı zamanı səs telləri zədələnmiş Brenda buna qədər əldə tutulan elektron səs sintezatorundan istifadə edirdi. Brenda deyir ki, əməliyyat təhlükəli olsa da buna dəyərdi.
“12 il ərzində özümü alçaldılmış hiss edirdim. Məni ələ salırdılar. Təkcə uşaqlar yox, elə böyüklər də. Çünki robot səsi çıxaran aparatın köməyilə danışırdım. Harada olurdumsa adamlar mənə qəribə nəzərlər salırdılar. Bu çox kədərli idi və mən bununla yaşamalı olurdum. Amma imkan yarananda, mən bu əməliyyata getdim. Danışmaq istəyirdim və indi danışıram.” Dostları Brendanın əvvəlki səsini tanıdıqlarını deyirlər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*