Home » Beynəlxalq, Siyasət, Ümumi » Ərdoğandan rəsmi Parisə sərt ittiham…

Ərdoğandan rəsmi Parisə sərt ittiham…

AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması barədə qəbul etdiyi qanun layihəsinə kəskin tənqid edib. Layihənin insan haqqlarına zidd olduğunu deyən Türkiyə hökumətinin rəhbəri bunu Fransada fikir və ifadə azadlığına zərbə adlandırıb. O, parlamentdəki səsvermənin Türkiyədən çox Fransa və fransız xalqına böyük haqsızlıq olduğunu bildirib. “Fransadakı səfirimizi geri çağırırıq. Ölkələrimiz arasındakı bütün fəaliyyətlər ləğv olunur. Bütün növ siyasi məşvərətlərə son veririk. Hərbi gəmilərin Türkiyə limanlarından istifadəsi bu gündən dayandırılır. Bu ilkin mərhələdir. Hadisələrin gedişatı üzrə yeni tədbirlər gündəmə gələcək. Bizim tariximizdə soyqırım yoxdur! Biz tariximizlə qürur duyuruq. Tarix parlamentlərdə yazılmaz.”
Rəcəb Tayyib Ərdoğan hazırda ölkəsində 100 minə qədər ermənin yaşadığını və onların bir qisminin Türkiyə vətəndaşı olduğunu deyib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*