Home » Beynəlxalq, Siyasət, Ümumi » Ərdoğan Qarsın ermənipərəst sabiq bələdiyyə sədrini tənqid etdi

Ərdoğan Qarsın ermənipərəst sabiq bələdiyyə sədrini tənqid etdi

Türkiyənin Qars şəhərindəki erməni-türk dostluğunu ehtiva edən abidənin sökülməsi ilə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanın göstərişi ciddi müzakirə mövzusu olub.

Təbii ki, abidənin sökülmə qərarı birmənalı qarşılanmır. Ermənilər, eləcə də dünyanın ermənipərəst media qurumları bu qərarın Türkiyə və Ermənistan arasındakı normallaşma prosesinə mənfi təsir göstərəcəyini iddia edir. Hesab edilir ki, baş nazirin bu qərarı Türkiyənin normallaşma prosesinə olan münasibətin göstəricisidir. AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, bəzi erməni ekspertləri isə hesab edir ki, Ərdoğan parlament seçkiləri öncəsi Qarsda yaşayan azərbaycanlılarının etimadını qazanmağa çalışır.
Abidənin sökülməsində israrlı olan R.T.Ərdoğan qərara qarşı çıxanlara cavab verib. SİA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, o, Küveyt və Qətər səfərinin sonunda abidə ilə bağlı açıqlama verib. Qərarı qiymətləndirənlərin abidəni və abidənin yerləşdiyi ərazini görmədiklərini deyən nazir məsələyə bələdiyyə başçısı olaraq qiymət verdiyini söyləyib: “Abidənin olduğu yerdə tarixi əsərlər var. Abidənin məzmunu ilə maraqlanmıram, onun nə olduğunu az-çox bilərəm. Heykəl ilə əlaqədar qərar vermək üçün incəsənət məzunu olmaq vacib deyil. Yoldan keçən insandan mahnı üçün “bəyəndinmi?” deyə soruşurlar. “Konservatoriya məzunusanmı?” deyə soruşmurlar. Qarsın keçmiş bələdiyyə başçısı niyə yenidən namizəd göstərilmədi? Çünki axtardığımız xüsusiyyətlər o insanda yox idi. Mühafizəkar demokrat anlayışımıza uyğun gəlmədiyi üçün namizədliyi bir daha irəli sürülmədi”.
Türkiyənin baş naziri qeyd edib ki, abidənin sökülməsi qərarına qarşı çıxanların tarixə, sənətə hörmətləri yoxdur. Baş nazir bu insanların onlara sənət dərsi vermək istədiklərini bildirib.
Qeyd edək ki, Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidənin söküləcəyi barədə məlumatı Türkiyənin baş naziri Qars əhalisi ilə görüşündə deyib. Qars vilayətinin ermənilərin türklər və azərbaycanlıların başına açdığı çox qırğınlara şahidlik etdiyini dilə gətirən R.T.Ərdoğan orada yaşayanların çoxunun 20-ci əsrin əvvəlində ermənilərin əlindən canını qurtarıb bu torpaqlara gələn insanlar olduğunu deyib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə deyib ki, abidə şəhərin qədim memarlıq ahənginə uyğun deyil və Qarsın zəngin mədəniyyətini əks etdirmir. Türkiyənin sülhün tərəfdarı olduğunu, Ermənistanın da bu məsələdə üzərinə məsuliyyəti yerinə yetirməli olduğunu deyən Davudoğlu, bunun abidə ilə əlaqəsi olmadığını bildirib. Qarsın bələdiyyə başçısı 350 tona yaxın çəkiyə malik olan abidənin sökülməsi işinin bir qədər vaxt aparacağını və abidə söküldükdən sonra yerində park salınacağını qeyd edib.
Erməni-türk dostluğu abidəsi 2008-ci ildə Qarsın keçmiş ermənipərəst bələdiyyə sədri Naif Əlibəyoğlunun dövründə tikilib. 30 metr hündürlükdə olan iki heykəl bir-birinə doğru çevrilmiş iki fiquru nümayiş etdirir. Abidə Ermənistanla sərhədin 40 kilometrliyindəki hündürlükdə ucaldılıb. Məhz N.Əlibəyli bələdiyyə sədri olduğu dövrdə Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün imzatoplama kampaniyasını təşkil edib. O, sərhədlərin açılmasının heç bir şərt olmadan həyata keçirilməsi fikrini müdafiə edirdi. Bu mövqe onun postunu itirməsi ilə nəticələnib.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*