Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Ən çox smartfon istifadə edilən ölkələrin adları məlum olub

Ən çox smartfon istifadə edilən ölkələrin adları məlum olub

AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, İTAR-TASS Strategy Analytics şirkətinin araşdırmasına əsasən məlub olub ki, dünyada ən çox smartfon sahibi Koreya Respublikasındadır. Bildirilir ki, Cənubi Koreyada mobil rabitə xidmətlərindən istifadə edənlərin 67 faizi smartfona sahibdir. Şirkət nümayəndələri bildirirlər ki, dünyada orta statistik göstərici 14,8 faiz səviyyəsindədir. ABŞ-da 40 faiz, İsveç və Danimarkada təxminən 45 faiz, Honkonq və Sinqapurda müvafiq olaraq 55 faiz smartfon istifadəçisi qeydə alınıb.
Proqnozlara əsasən, cari ilin sonunadək Cənubi Koreya bazarının smartfonlarla tədarükü 79,5 faiz olacaq, 2017-ci ilədək isə bu göstərici 90 faizə çatacaq. Koreyada smartfonların yayılması onlara olan yüksək tələbat və yüksəksürətli internet şəbəkələri ilə əlaqədardır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*