Home » Şou biznes və Mədəniyyət, Ümumi » Əməkdar artist Fidan Hacıyeva “Sülhməramlı səfir” oldu

Əməkdar artist Fidan Hacıyeva “Sülhməramlı səfir” oldu

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva İtaliyanın Berqamo şəhərindəki Donisetti adına teatrda təşkil edilmiş “Gran Gala” konsertində iştirak edib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, opera ifaçısı tədbirə məşhur italyan dirijoru və pianoçusu Stefano Micelinin dəvəti ilə qatılıb. Konsertdə F.Hacıyeva ilk dəfə olaraq İtaliya Simfonik Orkestrinin müşayiəti ilə “Odlar Yurdu” və “Bahar yağışı” adlı yeni mahnıları ifa edib. Festivalın təşkilatçıları tərəfindən Fidan Hacıyeva klassik italyan musiqisinin təbliğindəki xidmətlərinə görə “Sülhməramlı səfir” diplomu ilə təltif edilib. F.Hacıyevanın sözlərinə görə, bununla yanaşı o, Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən İtaliyada Azərbaycan Mədəniyyəti Günlərində də iştirak edib. Sənətçi onu da əlavə edib ki, bir neçə ölkədə geniş konsert proqramları ilə çıxış etmək niyyətindədir. Artıq bununla bağlı təkliflər də aldığını bildirən F.Hacıyeva eyni zamanda, italyan dirijoru və pianoçusu Stefano Miceli Azərbaycana gətirməyi də düşünür.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*