Home » Beynəlxalq, Siyasət, Ümumi » Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığının dünyada bənzəri yoxdur


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığının dünyada bənzəri yoxdur

Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısında iştirak etmək üçün İstanbulda olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğanla görüşüb. AgahMedia.Com portalının”SƏS” agentliyinə istinadən məlumatına görə, görüşdən sonra R.T.Ərdoğan açıqlamasında Türkiyə ilə Azərbaycanın dünyada analoqu olmayan iki qardaş ölkə olduğunu bildirib. O, yaradılan Əməkdaşlıq Şurasının da bu qardaşlığı möhkəmləndirən əbədi bir əsər olacağını deyib. Sonra Türkiyənin baş naziri jurnalistin iki ölkə arasında hələ də qaldırılmayan viza rejimi ilə bağlı sualı prezident İlham Əliyevin cavablandırmasını istəyib. İlham Əliyev isə bu gecikmənin Azərbaycanın daxili hüquqi prosedur qaydaları ilə bağlı olduğunu və viza rejimini yaxın vaxtlarda qalxacağına ümid etdiyini bildirib. Qeyd edək ki, iki ölkə arasında imzalanan razılaşma ilə Əməkdaşlıq Şurası çərçivəsində yaradılacaq alt komissiyalar Türkiyə-Azərbaycan əlaqələrini bütün sahələrdə nizamlı olaraq nəzərdən keçirəcək. Xüsusilə iqtisadi, ticarət, siyasi, enerji, mədəni, elmi və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə ortaq strateji iş təşkilatının qısa zaman kəsiyində yaradılacaq. Təşkilatın yaradılması üçün əvvəlcə hazırlıq yığıncağı, daha sonra Nazirlər Kabinetinin toplantısı keçiriləcək. Ancaq bu yığıncaqların yeri və zamanı hələ dəqiq deyil.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*