Home » Beynəlxalq, Siyasət, Ümumi » Ərdoğan Suriya məsələsində BMT-ni qınadı

Ərdoğan Suriya məsələsində BMT-ni qınadı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatını qınayıb. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Dənizli şəhərində çıxışı zamanı Ərdoğan qeyd edib ki, Türkiyə Suriyada baş verən hadisələrə göz yummayacaq.
“Həma və digər bu kimi şəhərlərdə baş verən qətliamlara izləyici qalanlar bilməlidir ki, burada axan qan onların da üzünə və vicdanlarına bulaşacaq. Türkiyə hadisələri yaxından izləyir. Dövlətdən dəstək alan cinayətkar dəstələr uşaq, qadın yaşlı nəzərə almadan hər kəsi qətlə yetirir. 1982-ci ildə əli qanlı diktatorun atası da eyni zülmü etmişdi. Zülmə qarşı çıxmayan da zalım sayılır. Müsəlmanlara qarşı törədilən qətliamlara qarşı duyarlılq göstərənlər nəyə görə, Suriya məsələsinə də eyni gözlə baxmır. Necə olur ki, İsrailin öldürməsi günah sayılır, Əsədin öldürməsi günah sayılmır; Səddam Hüseynin Hələbçədə qətliam törətməsi günah sayılır, Əsədin törətdikləri yox?”.

Baş nazir Yaxın Şərqdə uzun illərdir ki, davam edən qeyri-stabillik yüzlərlə insanı gözü yaşlı qoyduğunu deyib. O, belə bir dövrdə Türkiyənin etibarlı və güclü dövlət kimi inkişaf etdiyini də vurğulayıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*