Home » Ədəbiyyat, Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » Ən yüksək gəlirli yazıçılar reytinqində Ceyms Patterson lider oldu
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Ən yüksək gəlirli yazıçılar reytinqində Ceyms Patterson lider oldu

Ceyms Patterson “Forbess” jurnalının reytinq cədvəlində ən yüksək maaşlı yazıçıların siyahısına başçılıq edir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Amerika yazıçısı Ceyms Patterson ikinci ildir ki, planetin ən yüksək maaşlı müəllifi hesab olunur.

C.Patterson 2010-cu ilin may ayından 2011-ci ilin aprel ayına qədər 84 milyon dollar qazanıb. Bu, “Forbs” reytinqinin ikinci pilləsində yer alan Daniela Stilin gəlirindən iki dəfə çoxdur. Qeyd edək ki, romanlar müəllifi Daniela Stilin gəliri 35 milyon dollardır. Reytinqin üçüncü pilləsində 28 milyon gəlirlə fantastika və qorxulu əsərlərin müəllifi Stiven Kinq qərarlaşıb.

Jurnalın qeyd etdiyinə görə, yaxın illərdə Ceyms Pattersonun liderliyini əlindən ala biləcək çətin tapılsın. Çünki 2012-ci ilin sonuna qədər onun 17 kitabı dərc olunacaq. Bu da yazıçının 150 milyon dollar qazanc əldə etməsinin qarantıdır.

Maraqlıdır ki, Ceyms Patterson kitablarının satış həcminin azalmasına baxmayaraq, gəlirini bir il ərzində 70 milyon dollardan 84 milyon dollara qədər artıra bilib. Onun uğuru ilk növbədə elektron kitablar bazarında fəallığı ilə izah olunur. Çünki Ceyms Patterson yeganə yazıçıdır ki, əsərlərini 1 milyon nüsxə ilə rəqəmli formatda satışa çıxarıb.

64 yaşlı Ceyms Patterson triller janrının ən parlaq nümayəndələrindəndir. Onun ən məşhur bestsellerləri Amerikalı psixoloq Aleks Kross barəsində olan kitablarıdır. Pattersonun həmçinin detektiv Maykl Bennet barədə dörd roman, bütün dünyada məşhur olan “Ölüm cinayətlərinin instintaqı üzrə qadın klubu” adlı seçilmiş əsərləri var. Patterson kəskin süjetli əsərləri ilə yanaşı, uşaqlar üçün kitabların müəllifi kimi də tanınır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*