Home » Beynəlxalq, Siyasət, Ümumi » Ən yaxşı imici olan ölkələr…


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Ən yaxşı imici olan ölkələr…

AgahMedia.Com portalının“İqtisadi forum” jurnalına istinadən məlumatına görə, BBC dünya sosioloji xidmətinin sifarişi əsasında keçirilmiş sorğunun nəticələri açıqlanıb.

 28 ölkədə yaşayan 30 min respondent arasında aparılan sorğuda ən yaxşı imici olan məmləkəti müəyyənləşdirmək məqsədi güdülüb.Sorğu aşkara çıxarıb ki, dünyanın ən müsbət imicli ölkəsi Almaniya olub. Bu ölkə respondentlərin 59%-nin müsbət rəyini alıb.Almaniyaya ən çox rəğbət bəsləyən respondentlər Fransa və Cənubi Koreya vətəndaşlarıdır. Qonşu Fransada 84%, Cənubi Koreyada 82% respondent Almaniyaya üstünlük verib. Almaniyanı ən az sevən ölkələr isə Türkiyə, Hindistan və Pakistan olub. Bu ölkələrdə göstəricilər uyğun olaraq 33%, 22% və 22% təşkil edib.Müsbət imicli ölkələr siyahısında növbəti yerləri Yaponiya (53%), Böyük Britaniya (52%), Kanada (51%) və Fransa (49%) tutur.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*