Home » Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Ən çox qazanan şou biznes ulduzları…

Ən çox qazanan şou biznes ulduzları…

“Forbes” jurnalı öz ənənəsinə sadiq qalaraq yenə də zənginlərin siyahısını müəyyənləşdirib. Budəfəki açıqlamada isə əsasən gənc şou biznes ulduzlarının adları ilə yer aır. AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, siyahıda birinci yerdə müğənni Teylor Svift qərarlaşmışdır. 22 yaşlı ifaçı Şimali Amerika və Avstraliyaya səfərləri sayəsində il ərzində 57 milyon dollar qazanmışdır. “Speak Now” turu çərçivəsində o, 100-dən artıq konsert vermişdir. Bundan başqa, Sviftin bu uğurlu gəlirlərinə albom satışı və reklamlara çəkilməsi də səbəb olmuşdur.
Siyahıda 18 yaşıl Castin Biber ikinci yerdədir. O, 55 milyon dollar gəlirini albomlarının yüksək satışı, özəl çıxışları və reklam çəkimləri ilə toplamışdır. Bundan başqa, kanadalı müğənni “start-up”lara da sərmayə yatırımı ilə məşğuldur. C.Biber Stamped, Tinychat və Spotify layihələrində iştirak edir.
Sentyabrda Azərbaycanda konsert verməyi planlaşdıran Rihanna isə 53 milyon dollar qazanmışdır. Daha sonra Ledi Qaqa gəlir, onun zənginliyi isə 52 milyon dollarla hesablanmışdır. Beşliyi 45 milyon dollarla Keti Perri tamamlayır.
Siyahıya həmçinin Adel (35 mln dollar), Kristian Stüart (34,5 mln dollar), Lil Ueyn (27 mln dollar), Teylor Lotner (26,5 mln dollar), Robert Pattison (26,5 mln dollar)da düşmüşlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*