Home » Şou biznes və Mədəniyyət, Ümumi » Ən çox pul qazanan musiqi qrupu…


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Ən çox pul qazanan musiqi qrupu…

İrlandiyanın “U2” qrupu 2009-cu ilin iyun ayından – 2010-cu ilin iyun ayına qədər 130 milyon dollar qazanaraq, “Forbers” jurnalın tərtib etdiyi ən varlı musiqiçilərin siyahısında birinci yerə layiq görülüb.

 AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, İkinci yerə 114 milyon dollar qazancı ilə “AC/DC” qrupu, üçüncü yerə isə 87 miyon gəliri ilə Beyonse Noulz layiq görülüb.Daha sonra 70 milyon dollar gəliri ilə Brüs Spinqstin, Britni Spirs -64 milyon dollar, reper Jay-Z – 63 milyon dollar, Ledi Qaqa – 62 milyon dollar, Madonna – 58 milyon, Kenni Çesni – 50 milyon dollar gəlirləri ilə siyahıda yer alıblar. Onluğu isə “Black Eyed Peas” və “Coldplay” qrupları 48 milyon dollar gəlirləri ilə bölüşüblər.“Forbers” jurnalın qeyd elədiyinə görə, siyahıda olan artistlərin yarısı karyeralarını 80-cı ildən qurmağa başlayıblar. Onların bu reytinqdə olan pozisiyası onu bir daha göstərir ki, son on ildə musiqi biznesi çox dəyişilib. İndi bir çox gənc pərəstişkarlar pulsuz dinləyə biləcək musiqiyə, hətta pul ödəməyə belə hazırdırlar. Albomların satışı 2000-ci ildən azalmağa başlayıb, elə buna görə musiqiçilərin gəliri yalnız qastrol turlarından asılı olub.Xatırladaq ki, 2009-cu ildə ən varlı musiqiçilərin reytinqinə Madonna başçılıq edib. Onun qazancı 2008-ci ilin iyun ayından – 2009-cu ilin iyun ayına qədər 110 milyon dollar təşkil edib. Beyonse və Brüs Sprinstin isə üçüncü və dördüncü yerlərə layiq görülüb. “U2” qrupu isə ötən ilin siyahısında ümumiyyətlə iştirak belə etməyib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*