Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Əmanətlər bundan sonra 12%-ə qədər dərəcə ilə sığortalanacaq

Əmanətlər bundan sonra 12%-ə qədər dərəcə ilə sığortalanacaq

Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvü olan bankların əhalidən cəlb etdiyi əmanətlər illik 12%-ə qədər dərəcə ilə sığortalanacaq.

AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, Fondun Himayəçilik Şurasının qərarına müvafiq olaraq iyunun 1-dən etibarən əhalidən illik 12%-dən çox olmayan dərəcə ilə cəlb olunan əmanətlər icbari sığortalanmalıdır. Bundan başqa, 2010-cu il iyunun 1-nə qədər əhalidən daha yüksək dərəcə ilə cəlb olunmuş və onlar üzrə müqavilənin qüvvədə olma müddətinin başa çatmadığı əmanətlər də sığortalanmalıdır. Fondun icraçı direktoru Azad Cavadova istinadən verilən məlumata görə, 2010-cu il aprelin əvvəlinə banklarda əhalinin əmanətlərinin həcmi 2 mlrd. 385 mln. manat təşkil edir, bunun 1 mlrd. 678 mln. manatı sığortalanmış əmanətlərdir. Hazırda əmanətlərin 70%-i sığortalanıb. Qeyd edək ki, Fond 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb.Fond tərəfindən 30 min manat məbləğində əmanət tam ödənilir. Fondun əsas məqsədi bank iflasa uğradıqda və onun depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. Hazırda 43 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*