Home » Maraqlı, Ümumi » “Əliaçıqlıq” indeksi adlı hesabat açıqlandı

“Əliaçıqlıq” indeksi adlı hesabat açıqlandı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, nüfuzlu Beynəlxalq Xeyriyyə Yardım Fondu (Charities and Aid Foundation) təşkilatı “Əliaçıqlıq” indeksi adlı hesabatını açıqlayıb. Adından göründüyü kimi özünəməxsus bu sənəddə “əliaçıqlıq” heç də təkcə pul yardımını nəzərə almır. Dünyanın 153 ölkəsində aparılmış sorğu əsasında yaranmış hesabatda həm də nə qədər vaxtın xeyirxahlığa və yardıma sərf olunduğu və qərib insanlara himayə faktoru da nəzərə alınıb. Bundan başqa hesabatda xeyriyyəçiliyin müxtəlif ölkələrdə adambaşına düşən milli gəlir və adamların rifahı ilə əlaqəsi kimi məsələlər də əksini tapıb.
Pulla göstərilən yardımlar məsələn Litvada əhalinin yalnız 4 faizindən Maltada 85 faizinədək diapozonu əhatə edir.
Məsələn Türkmənistanda pulla edilən yardım 17 faiz olsa da, adamların xeyirxahlığa həsr etdikləri vaxtın göstəricisi 62 faizdir. Ümumilikdə götürdükdə hesabat müddətində bütün planet əhalisinin 20 faizi könüllü humanitar yardım fəaliyyətində bulunub, 30 faizi pul verib, 45 faizi isə qərib insanlara arxa olub. Hesabatda deyilir ki, xoşbəxt adamlar daha çox xeyriyyə yardımı göstərməyə meyllidirlər.Hesabat bunu da əks etdirir ki, biz yaşdılaşdıqca daha əliaçıq və xeyirxah oluruq.
Hesabat gösətərir ki, əliaçıqlıq cinsdən-cinsə də fərqlənir. Məsələn, bütün dünya üzrə pul yardımının əksəriyyətini qadınlar edirlər. Lakin qəriblərin himayə olunmasında kişilər üstünlük təşkil edirlər. Hərçənd Şimali Amerika və Qərbi Avropada bu sahədə də üstünlük qadınlardadır.
Dünyanın ilk ən xeyirxah ölkələr onluğuna Avstraliya, Yeni Zelandiya, Kanada, İrlandiya, İsveçrə, ABŞ, Holandiya, Britaniya, Şri-Lanka, Avstriya, Laos, Syerra Leone daxildirlər. Regional bölgü ilə belədir ki, ən xeyirxah ərazilər Avstraliya, Şimali Amerika, Qərbi Avropadır. Bu sahədə ən aşağı göstərici Şərqi Avropaya aiddir.Hesabat bu ərazidə Ermənistanı ayrıca qeyd edir və bildirir ki, bu ölkənin əhalisinin yalnız 6 faizi pul yardımı göstərib ki, bu da ən aşağı göstəricidr, lakin əvəzində ölkə əhalisinin 51 faizi qərib insanları himayə edə bilər ki, bu regionda ən yüksək göstəricidir.
Yardımın pul formasına görə Azərbaycan keçmiş Sovet respublikaları arasında demək olar ki, ən yüksək göstəriciyə malikdir. Burada yardımın 22 faizi pulla edilibsə, 23 faizi yaxşılığa həsr olunan vaxtla edilib. Azərbaycanda xeyirxahlığın qəriblərə əl tutulması forması 48 faiz təşkil edir. Ümumilikdə isə Azərbaycanın indeks cədvəlindəki nömrəsi 67-dir. Müqayisə üçün deyək ki, Cənubi Qafqazda Ermənistanın göstəricisi 115, Gürcüstanın göstəricisi isə 134-dür.
Rusiyanın indeksi daha pis – 138-dir. Ümumiyyətlə isə Azərbaycan daha böyük Şərqi Avropa regionunda Kipr və Sloveniyadan sonra üçüncü yeri tutur. Azərbaycan həmçinin Belarus və Ukrayna, Baltikyanı ölkələri də “əliaçıqlıqda” xeuyli geridə buraxıb. Eyni fikri Qırğızıstan və Qazaxıstan barədə də demək olar.Lakin Mərkəzi Asiyada Türkmənistan (14), Tacikistan (50) və Özbəkistan (59) Azərbaycandan irəlidədirlər.
Bununla belə onların bu göstəriciləri daha çox xeyirxahlığa həsr olunan vaxtın və qəriblərə əl tutmağın hesabına belə yüksəkdir.Pulla gösətrilən yardımda yalnız Özbəkistan Azərbaycanı 1 faiz üstələyib.Ümumiyyətlə isə əliaçıqlıq indeksinə görə keçmiş sovetlərdən ən yüksək yeri – 14-cü yeri Türkmənistan tutub, hərçənd bu ölkədə yalnız 17 faiz pullu yardım olub.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*