Home » Beynəlxalq, Siyasət, Ümumi » Əhmədinejad Barak Obamanı yetkinləşməmiş adlandırdı

Əhmədinejad Barak Obamanı yetkinləşməmiş adlandırdı

İran prezidenti Mahmud Əhmədinejad Amerika prezidenti Barak Obamanın şəxsi keyfiyyətlərini tənqid edib.

 AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,İran prezidenti BMT Təhlükəsizlik Şurasının ABŞ tərəfindən irəli sürülmüş qətnaməsini qəbul etmək planlarını müzakirə edərkən deyib ki, cənab Obama “hələ yetkinləşməyib”, dünyanın işlərini bilmir və İran xalqını təhqir edir. İran prezidenti BMT Təhlükəsizlik Şurasının sanksiyalar qərarının əhəmiyyətini azaldıb. Mahmud Əhmədinejad ölkəsinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutan sənədi hüquqi çəkisi olmayan bir parça kağız adlandırıb. Bundan sonra Amerikaya üz tutan İran lideri şəxsən Barak Obamanı tənqid edib. O, deyib ki, təkqütblülüyə son qoyacağı vədlərinə rəğmən Amerika prezidenti Buşa xas olan təzyiqlər siyasəti yolunu tutub. Mahmud Əhmədinejad Amerikanı başqa ölkələrin, o cümlədən Çinin, daxili işlərinə qarışmaqda ittiham etdi.İran lideri sanksiyalara dair nə kimi addımların atılacağına münasibət bildirməyərək dedi ki, qərb elmlə texnologiyaya inhisarını qorumağa çalışır. Lakin, onun sözlərinə görə qərb dinc məqsədli nüvə texnologiyalarına başqalarının yiyələnməsinin qarşısını ala bilməyəcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*