Home » Beynəlxalq, Siyasət, Ümumi » Əhməd Davudoğlu: Bütün addımlarla bağlı Türkiyə və Azərbaycan arasında tam koordinasiya mövcud olacaq


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Əhməd Davudoğlu: Bütün addımlarla bağlı Türkiyə və Azərbaycan arasında tam koordinasiya mövcud olacaq

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə parlamenti qarşısında etdiyi çıxışda bildirib ki, bundan sonra Dağlıq Qarabağ probleminin həlli ilə atılacaq bütün addımlarla bağlı Türkiyə və Azərbaycan arasında tam koordinasiya mövcud olacaq.

“Heç bir hadisə Türkiyə ilə Azərbaycan arasındakı dostluğa zərbə vura bilməz. Bunu hər kəs bilməlidir”. Bununla belə cənab Davudoğlu ümid ifadə edib ki, Türkiyə-Ermənistan münasibətləri də sonda normallaşacaq. O, bu prosesin Dağlıq Qarabağ çözüm prosesi ilə paralel getməsini arzuladığını ifadə edib.
“Türkiyə-Ermənistan və Ermənistan – Azərbaycan sərhədləri açılacaq. Bu, o deməkdir ki, Ərzurumdan Orta Asiyaya doğru dəhliz yaranacaq”. Onun sözlərinə görə, müvafiq siyasi şərait yarandıqda Ermənistanla imzalanmış protokollar parlamentlər tərəfindən ratifikasiya ediləcək. “Qafqazdakı status-kvonun davam etməsini istəmirik. Qafqazdakı status-kvo nə Azərbaycanın, nə Ermənistanın, nə Gürcüstanın, nə də Rusiya və İranın maraqlarındadır. Amma bu vəziyyəti dəyişəcək qəti addımlar atılmayıb.”
Türkiyə və Ermənistan arasında bir ildir ki davam edən yaxınlaşma prosesi Azərbaycanda ciddi narahatlığa səbəb olmuşdu. Azərbaycan Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki irəliləyişləri nəzərə almadan Ermənistanla sərhədlərini açacağından nigaran idi. Son həftələr ərzində Türkiyə-Ermənistan barışıq prosesində ciddi əngəllər ortaya çıxmışdı. Hər iki tərəf bir-birini əvvəldən əldə edilmiş razılıqlara əməl etməməkdə günahlandırırdı.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*