Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Əhaliyə şəxsi mənzil tikintisi üçün kreditlərin veriləcəyi gözlənilir

Əhaliyə şəxsi mənzil tikintisi üçün kreditlərin veriləcəyi gözlənilir

Şəxsi evini tikmək istəyənlərə şad xəbər – vətəndaşlara evlərini tikmək üçün kreditlər veriləcək. AgahMedia.Com informasiya portalının ANS TV-yə istinadən məlumatına görə, yaxın vaxtlarda Azərbaycanda əhaliyə şəxsi mənzil tikintisi üçün kreditlərin verilməsi gözlənilir. Artıq bununla bağlı hökumətlə danışıqlar aparılır. Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Tağıyevin sözlərinə görə, bu, bir qədər əvvəl Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış sənədə əsasən mümkün olacaq. Belə ki, bu qurumlar arasında imzalanan 2012-2013-cü illər üçün baş kollektiv sazişdə, ölkə vətəndaşlarına şəxsi ev tikintisi üçün torpaq sahəsinin ayrılması prosesinin sadələşdirilməsi məsələsi də əksini tapıb. Çingiz Tağıyevin sözlərinə görə, cavan ailələrin evlə təminatı üçün onlara güzəştli kreditlər verilməlidir: “Burada kredit faizi az olmalıdır, müddət isə çox. Çünki onlar cavan ailədir və neçə vaxt işləyəcəklərsə, onun hesabına o kreditləri ödəməlidir”.
Həmkarlar İttifaqları Konfederasiyasından deyirlər ki, Nazirlər Kabineti bu təklifi müsbət qarşılayıb və buna görə də onun reallaşacağı şübhə doğurmur.
Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabineti, Həmkarlar İttifaqı Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası hər qurumdan 15 nümayəndə olmaqla komissiya yaradıb. Hazırda bu təklifin reallaşması ilə bağlı işlər aparılır. Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov isə bu təklifi günün tələbi hesab edir. Hazırda Azərbaycanda ipoteka şərtlərinin əksər insanlar üçün əlverişsiz olduğunu deyən ekspert məhz buna görə son dövrlər ipoteka ilə mənzil alışının azaldığını bildirir. Onun sözlərinə görə, hazırda kredit əsasən hazır mənzillərə verilir: “Ancaq tikintiyə kredit verilmir. Hansısa gənc ailəyə 10 000 – 15 000 manat pul lazımdır ki, onlar evi tikib başa çatdırsınlar. Ancaq onlara bunun üçün kredit verilmir. Düşünürəm ki, bu təklif günün tələbinə cavab verən təklifdir. Bu səbəbdən də mən bunu yaxşı təklif adlandırardım”. Ekspertlər bu təklif reallaşdıqdan sonra artıq rayonlarda da gənclərin mənzilə olan tələbatının ödəniləcəyini deyirlər.
Qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyası təklifin 2012-2013-cü illər ərzində reallaşacağına ümid edir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*